Oğuz rayonu Azərbaycan Respublikasının qədim yaşayış məskənlərindən biridir. Onun ərazisi 1077 km2, əhalisi 40845 nəfərdir. Oğuz rayonunda tarixən müxtəlif millətlər yerli Azərbaycan xalqı ilə birgə mehriban şəraitdə yaşamışdırlar. Həmçinin yahudi millətinin nümayəndələri də burada yaşamışdırlar. Burada bütün insanlar öz dinlərinə rahat şəkildə sitayiş etmişdirlər.
Hal-hazırda da dövlət tərəfindən Yəhudi Dini İcmasına və sinaqoqlara lazımi diqqət və qayğı göstərilməkdədir.