Şirin Şuminovdan, Oğuz, Azərbaycan - Prezidentə müraciət
Hörmətli cənab Prezident.
Beynəlxalq qanunlar əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etmək üçün başlatdığınız zəfər yürüşündə Sizə yeni uğurlar arzulayırıq. Tək Yaradan Sizə yar olsun. Sizin rəhbərliyinizlə Şanlı Azərbaycan Ordusunun erməni işğalçılarından Qarabağı təmizləməklə Azərbaycanın ərazi bütövlüyünün təmin edəcəyinə, tezliklə qələbə çalaraq, Beynəlxalq haqqı bərpa edəcəyinə inanırıq. Müharibə itkisiz olmur. Şəhidlərimizə rəhmət diləyirik. Qazilərimizə şəfa arzulayırıq. Sizin müdrik rəhbərliyinizlə şanlı Azərbaycan Ordusunun ən az itki ilə tam qələbəsi üçün dualar edirik.
Hörmətlə,
Oğuz Yəhudi Dini İcması adından
Sədr Şirin Şuminov
Azərbaycan Respublikası, Oğuz rayonu.