Rasim Mikayılovdan, Oğuz, Azərbaycan - Prezidentə müraciət
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Bütün Azərbaycan vətəndaşları kimi, biz də Oğuz şəhərində yaşayan bütün yəhudi ictimaiyyəti adından Sizi dəstəkləyir, bu haqq işinizdə Sizə və ordumuza yeni uğurlar arzulayırıq. İnanırıq ki, işğaldan azad olunmuş Suqovuşan kəndi, Cəbrayıl şəhəri və ətraf kəndləri, eləcə də Füzuli rayonunun düşməndən təmizlənmiş kəndlərinin siyahısına tezliklə bütün torpaqlarımız əlavə ediləcək, üçrəngli bayrağımız yenidən əzəli torpaqlarımızda dalğalanacaqdır. Sizin cəsarətli bəyanatlarınız düşmənə ox kimi sancılır, bizə isə ruh yüksəkliyi verir. Biz, bütün dağ yəhudiləri də hər bir Azərbaycan vətəndaşı kimi bu gün bir cəbhənin əsgərləriyik, Sizin ətrafınızda sıx birləşməklə tapşırıqlarınızı yerinə yetirməyə hazırıq. Qələbə Azərbaycanındır! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Rasim Mikayılov
Azərbaycan Respublikası, Oğuz rayonu.