Nəsimi Əbilovdan, Sumqayıt, Azərbaycan - Prezidentə müraciət

Nəsimi Əbilovdan, Sumqayıt, Azərbaycan - Prezidentə müraciət

Hörmətli cənab Prezident.

Verdiyiniz vacib qərarlar və tapşırıqlar nəticəsində Azərbaycan COVID-19 virusundan ən az əziyyət çəkən ölkələrdən oldu. Avropanın bir çox ölkələri bu pandemiya qarşısında aciz qalaraq ağır itkilər verdi. Amma Azərbaycan bu aqibəti yaşamadı. Yəhudilərin müqəddəs bayramlarından olan Pesax bayramı bu vaxta düşməsinə baxmayaraq, hər bir yəhudi "Evdə qal!" çağırışına riayət edərək, bayramlarını öz evlərində keçirdilər. Azərbaycanda bütün millətlər hər zaman Sizin qayğınızı, diqqətinizi hiss ediblər. Məhs hazırki vəziyyətlə bağlı bu vacib qərarlara görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Əbilov Nəsimi Novruz oğlu,

Sumqayıt şəhər Yahudi Dini İcmasının təsisçisi, Azərbaycan Yəhudi Media Mərkəzinin rəhbəri.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.