Milix Yevdayevdən, Bakı, Azərbaycan - Prezidentə müraciət

Milix Yevdayevdən, Bakı, Azərbaycan - Prezidentə müraciət

Möhtərəm cənab Prezident.

Biz - Azərbaycanda yaşayan yəhudilər dünyanın ən multikultural və tolerant ölkəsində yaşamağımızla fəxr edirik.

Ulu öndər Heydər Əliyevin təbirincə desək, “Tolerantlıq xalqın yüksək mədəniyyətinin təzahürüdür”. Məhz Azərbaycan xalqının yüksək mədəniyyəti həmişə bizə dayaq olmuş, bir qalxana çevrilərək bizi bütün şər qüvvələrdən hifz etmişdir. Azərbaycanı özünə doğma Vətən bilən yəhudilər heç vaxt ayrı-seçkiliyə məruz qalmamışlar.

Möhtərəm cənab Prezident, Azərbaycanda yaşayan yəhudi əsilli vətəndaşlar yeni il - Roş-Ha-Şana bayramı münasibəti ilə ürəkdən gələn təbriklərinizlə fəxr edir və bu bayramı yüksək qurur hissi keçirirlər.

Müdriklərimiz deyiblər: “Xoşbəxt o kəslərdir ki, evində xoşbəxtdir”. Bizim evimiz olan doğma Azərbaycanın xoşbəxtliyi uğrunda biz yəhudilər də Azərbaycan xalqı ilə çiyin-çiyinə çalışaraq birgə bu xoşbəxtliyin ən yüksək zirvəsinə nail olacağıq.

Hörmətlə,

Milix Yevdayev,

Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.